Yuxarı

​Müdafiə naziri bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb

Zakir Həsənov son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edib

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri ordu quruculuğu məsələlərinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqətdə saxlamasını nəzərə çatdıraraq son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edib. O bu kimi tədbirlərin keçirilməsinin şəxsi heyətin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin böyük ruh yüksəkliyinə səbəb olmasını xüsusi vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, paralimpiya çempionu İlham Zəkiyev, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxış edərək səfərlərin təşkilində dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Onlar ön səngərdə xidməti vəzifələrini şərəflə yerinə yetirən hərbi qulluqçuların Vətənin keşiyində ayıq-sayıq dayanmasından, hər gün Ermənistan silahlı bölmələrinə layiqli cavab verilməsindən, ordumuzun maddi-texniki bazasının, sosial-məişət şəraitinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürur duyduqlarını ifadə edərək öz təkliflərini də diqqətə çatdırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi