Müdafiə naziri: "Azərbaycan Rusiyadan silah tədarükünü artıra bilər"

Müdafiə naziri: "Azərbaycan Rusiyadan silah tədarükünü artıra bilər" "Biz indi bəzi silah nümunələrini öyrənirik, əldə edib sınaqdan keçiririk"
Hərbi
13 İyul , 2017 17:51
Müdafiə naziri: Azərbaycan Rusiyadan silah tədarükünü artıra bilər
Ria.ru

Bakı. 13 iyul. REPORT.AZ/ "Azərbaycan Rusiyadan əlavə silah alışını nəzərdən keçirir, məlumat toplayır, sınaqlar keçirir."

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

"Biz indi bəzi silah nümunələrini öyrənirik, əldə edib sınaqdan keçiririk. Silah alışı çoxşaxəli məsələdir. Bir tərəfdən, şablondan qaçmaq lazımdır, digər tərəfdən, müxtəliflik əlavə xidmət problemi yaradır. Bu, çox çətin məsələdir", - Z.Həsənov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi