Müdafiə naziri: "Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir"

Müdafiə naziri: "Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir" Litvada səfərdə olan Zakir Həsənov deyib ki, heç kim buna şübhə etməməlidir
Hərbi
1 İyul , 2015 16:38
Müdafiə naziri: Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir

Bakı. 1 iyul. REPORT.AZ/ Litvada səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Məlumatda bildirilib ki, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Təkbətək danışıqlardan sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirirən Z.Həsənov litvalı həmkarına Cənubi Qafqaz reginondakı hərbi-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov bildirib ki, bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi cox ciddi narahatlıq yaradır: "Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir.

Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər iyulun 2-də başa çatacaqdır.

Son xəbərlər

Orphus sistemi