Moskvada MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Moskvada MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək İclas 26 may tarixinə nəzərdə tutulub
Hərbi
25 May , 2017 08:48
Moskvada MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Mayın 26-da Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasda 19 məsələyə baxılacaq.

Onların arasında hərbi sahədə tarixi və mədəni irsin öyrənilməsi, qorunub saxlanması və populyarlaşdırılması sahəsində əməkdaşlığın inkişafı, səhra təlimi və döyüş hazırlığı sahəsində MDB ölkələri müdafiə nazirlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, beynəlxalq terrorizmə qarşı hərbi müqavimət aspektləri, Birlik ölkələrində hərbçilərə verilən rütbələrin qarşılıqlı tanınması, silahlı qüvvələr aviasiyası uçuşlarının təminatı sahəsində əməkdaşlıq və bu cür uçuşların təhlükəsizlik vəziyyəti məsələləri var.

Şura 1992-ci ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan daxildir. Şuranın işində Moldova, Türkmənistan və Ukrayna fəal iştirak edir. 

Son xəbərlər

Orphus sistemi