Yuxarı

Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb - FOTO - VİDEO

​Moskvada beynəlxalq təhlükəsizlik konfransı işə başlayıb - FOTO
© Report

Rusiya paytaxtında 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbir zamanı dünyanın 111 ölkəsindən olan mindən çox nümayəndə qlobal və regional təhlükəsizlik məsələlərini, eləcə də Venesuela, Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcək.

Konfransın açılış mərasimində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak edir. 

O, Rusiya Prezidentinin forum iştirakçılarına məktubunu oxuyub. 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çıxış edərək, dünyada baş verən terrorçuluqdan danışıb. O, NATO-nun Rusiya sərhədlərinə doğru genişləndiyini, buna qarşı cavab tədbirlərinin gecikməyəcəyini bildirib. 

Müdafiə naziri həmçinin Rusiyanın nüvə silahlarının dünyada yayılmasına qarşı olduğunu və bunun üçün əlindən gələni etdiyini söyləyib.

Açılışda həmçinin Xarici İşlər naziri Sergey Lavrov da çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı tədbirdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi