Müdafiə Nazirliyi xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq təşkil edib

Müdafiə Nazirliyi xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq təşkil edib Ermənilərin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, reallığı əks etdirən materiallar təqdim olunub
Hərbi
8 Aprel , 2016 18:36
Müdafiə Nazirliyi xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq təşkil edib

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşeləri, Hərbi Attaşelik aparatlarının, eləcə də beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi) nümayəndələri üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Brifinqdə Hərbi Attaşelik aparatlarının və beynəlxalq təşkilatların nümayəndələrinə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş böyük ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.

Eyni zamanda, xarici ölkələrin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi