Yuxarı

Müdafiə Nazirliyi: David Tonayan müdafiə və hücumun nədən ibarət olduğunu bilmir

MN: David Tonayan müdafiə və hücumun nədən ibarət olduğunu bilmir

Bakı. 26 fevral. REPORT.AZ/ Ermənistanın müdafiə naziri David Tonayan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur. 

"2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta Silahlı Qüvvələrimizlə heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - deyə Nazirlikdən qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi