MN: Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib

MN: Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.
Hərbi
8 Avqust , 2018 20:14
MN: Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib
Müdafiə Nazirliyi

Bakı. 8 avqust. REPORT.AZ/ "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

Son xəbərlər

Orphus sistemi