Minskdə MDB ölkələri Silahlı Qüvvələrinin vahid rabitə sistemi barədə saziş layihəsi müzakirə olunub

Minskdə MDB ölkələri Silahlı Qüvvələrinin vahid rabitə sistemi barədə saziş layihəsi müzakirə olunub MDB-yə üzv ölkələrin Baş Qərargah rəisləri Komitəsinin iclası keçirilib
Hərbi
28 Mart , 2016 15:21
Minskdə MDB ölkələri Silahlı Qüvvələrinin vahid rabitə sistemi barədə saziş layihəsi müzakirə olunub

Bakı. 28 mart. REPORT.AZ/ MDB-yə üzv ölkələrin Baş Qərargah rəisləri Komitəsinin Minskdə keçirilən iclasında Birlik ölkələri Silahlı Qüvvələrinin vahid rabitə sistemi barədə saziş layihəsi müzakirə edilib.

"Report" BELTA-ya istinadən xəbər verir ki, görüş iştirakçıları həmçinin vahid nəzarət sistemi qoşunlarının qarşılıqlı əlaqəsi və MDB Müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi üzrə planını razılaşdırıb, Silahlı Qüvvələrin dövlət sirrinin mühafizəsi xidmətlərinin qarşılıqlı əlaqələrinin əsaslarını təsdiq edib.

Eyni zamanda, görüşdə Baş Qərargah rəisləri topoqrafik xidmətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün əsas istiqamətləri və tədbirləri təsdiq edib.

Son xəbərlər

Orphus sistemi