Yuxarı
    Bağlamaq

    ​Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür

    Bakı. 7 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb. Bu barədə “Report”a ANAMA-dan bildirilib.

    Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra Hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi