​Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb

​Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür
Hərbi
7 Aprel , 2016 12:56
​Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb. Bu barədə “Report”a ANAMA-dan bildirilib.

Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra Hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi