Yuxarı

​Miloş Zeman: "Çexiya Azərbaycanla silah sahəsində əməkdaşlığa hazırdır"

Çexiya Azərbaycan ilə dəmir yolu xətlərinin çəkilməsi və s. sahələrdə də əməkdaşlıq edə bilər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Çexiya Azərbaycan ilə dəmir yolu xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıq edə bilər.

"Report" xəbər verir ki, bunu sentyabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransı çərçivəsində yerli jurnalistin sualını cavablandıran Çexiya prezidenti Miloş Zeman bildirib.

Jurnalistin "Çexiya Azərbaycanda hansı konkret sahələrə investisiya qoya bilər?" sualını Miloş Zeman belə cavablandırıb:

"Fikrimcə, giriş nitqimdə bu haqda artıq danışdım. Söhbət dəmir yolu xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıqdan gedir. Bu cür işbirliyi nəinki Azərbaycan, o cümlədən Gürcüstan ərazisində aparıla bilər. Onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurula bilər.

Nəqliyyat sahəsinə gəldikdə, aşağı gərginlik tramvayları ilə bağlı layihəni artıq qeyd etdim. Əlbəttə, artıq dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex avtomobilləri təşviq olunsun. İstəsəniz, burada 30-a yaxın digər layihə siyahısını təqdim edə bilərəm. Lakin istərdim ki, bu haqda biznes forumda danışaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi