Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib - VİDEO

Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib - VİDEO Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib.
Hərbi
2 Avqust , 2019 12:32
Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mərasimdə nazirliyin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasim iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş A.Məmmədovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Çıxış edənlər Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsindən, Aqil Məmmədov kimi oğullarımızın döyüşlərdə göstərdikləri şücaətdən danışıblar. Aprel döyüşlərinin müasir tariximizin ən uğurlu hərbi əməliyyatlardan biri olduğu qeyd edilərək ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb.

Sonra tədbir iştirakçılarına Milli Qəhrəman Aqil Məmmədova həsr olunan sənədli film nümayiş etdirilib.

Bədii hissə ilə davam edən tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Son xəbərlər

Orphus sistemi