Meksika səfiri Zakir Həsənovla görüşüb

Meksika səfiri Zakir Həsənovla görüşüb Tərəflər arasında hərbi, terrorizm və narkotrafik ilə mübarizə sahələrində əməkdaşlığı müzakirə olunub
Hərbi
3 Mart , 2016 21:58
Meksika səfiri Zakir Həsənovla görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında görüş keçirilib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə hazırkı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

Nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun həlli prosesindəki durum barədə qonağa məlumat verib.

Səfir Labardini, öz növbəsində, Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən söz açıb, mümkün əməkdaşlıq sahələrini qeyd etdi. Adıçəkilən sahələr sırasında hərbi, hərbi təhsil, terrorizm və narkotrafik ilə mübarizə sahələri yer tutur. Bundan əlavə, hər iki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyi vurğulanıb.

Görüşün sonunda təfərlər hərbi sahədə münasibətlərin gələcək inkişafı və güclənməsinə dair arzularını ifadə etdilər.

Son xəbərlər

Orphus sistemi