Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ

Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ “Rəsmi olaraq bildiririk ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur”
Hərbi
14 İyun , 2016 10:30
Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ

Bakı. 14 iyun. REPORT.AZ/ “Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi (MN) ilə heç bir əlaqəsi yoxdur”.

“Report”un xəbərinə görə, bu barədə MN məlumat yayıb.

Məlumatda xatırladılıb ki, bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin həbs edilən zabitinin məhkəmə zalından azadlığa buraxılması barədə məlumatlar yayılıb: “Rəsmi olaraq bildiririk ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, zabitin azadlığıa buraxılması barədə vəkil Adəm Məmmədov məlumat yayıb. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən polkovnik Ə.B barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi