Yuxarı

MDB ölkələri müdafiə nazirləri Hərbi Əməkdaşlıq Konsepsiyasını müzakirə ediblər

Şoyqu: Hərbi əməkdaşlığın hüquqi bazası üçün zəmin yaradılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İştirakçılar MDB ölkələri Müdafiə Nazirləri Şurasının 67-ci iclasında hərbi əməkdaşlığın beynəlxalq hüquqi bazası üçün zəmin yaradıblar. "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri general Sergey Şoyqu bəyan edib. 

"2020-ci ilə qədər müddəti əhatə edən Hərbi Əməkdaşlıq Konsepsiyası layihəsi müzakirə edilib. Bu sənəd gələcəkdə MDB məkanında hərbi əməkdaşlığın beynəlxalq hüquqi bazasının hazırlanması üçün zəmin olacaq. Sənəd təsdiq olunması üçün dövlət başçılarına təqdim olunub" - deyə Şoyqu iclasın yekununda bildirib. 

Bundan başqa, iclasda 2015-ci il üçün birgə tədbirlər planı təsdiq olunub. 

Ümumilikdə iclasda MDB hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə 20-dən artıq məsələ müzakirə olunub. 

Qeyd edək ki, iclasda Azərbaycanı müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi