Yuxarı

MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin iclası başlayıb

MDB-nin komitə iclası keçirilir

MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin Moskvada iclası başlayıb. 

“Report” xəbər verir ki, məlumatı MDB-nin saytı yayıb.

Bildirilib ki, tədbir Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Mərkəzində keçirilir.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov tədbiri giriş sözü ilə açıb.

Komitənin toplantısında Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Nəcməddin Sadıkov da iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi