Yuxarı
    Bağlamaq

    MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

    İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb

    Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

    İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfrans da keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi