Yuxarı

May ayı ərzində 284 ədəd PHS və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

İndiyədək cəmi 363, 802, 384 m2 ərazi təmizlənib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən may ayı ərzində 35, 946, 504 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan "Report"a verilən məlumata görə, 284 ədəd PHS və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 363, 802, 384 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 719,317-dir.

May ayı ərzində agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Goranboy, Mingəçevir, Samux, Tərtər, Ucar, Bakı, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi