Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir

Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir
Hərbi
8 Sentyabr , 2016 12:18
Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon tərəfindən keçirilir. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.
Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.

Son xəbərlər

Orphus sistemi