Yuxarı

​Azərbaycanın müdafiə naziri Litvada bir sıra görüşlər keçirib

Müdafiə naziri general-polkovnik Z.Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.

Bakı. 2 iyul. REPORT.AZ/ Litvada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Litva Hərbi Məktəbini ziyarət edən Müdafiə naziri təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.

Z.Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.

Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycanın NATO-nun aktiv tərəfdaşlarından biri olduğunu, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkənin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi