Levan İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə formatı çərçivəsində müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur”

Levan İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə formatı çərçivəsində müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur” Gürcüstanın Müdafiə Nazirliyi nazir Levan İzorianın azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü barədə məlumat yayıb.
Hərbi
12 İyun , 2019 14:30
Levan İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə formatı çərçivəsində müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur”

Gürcüstanın Müdafiə Nazirliyi nazir Levan İzorianın azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü barədə məlumat yayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tərəflər görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

L.İzoria Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Nazir Gürcüstan-Azərbaycan və Gürcüstan-Azərbaycan-Türkiyə formatı çərçivəsində müdafiə sahəsində fəal əməkdaşlığın olduğunu qeyd edib.

Gürcüstanın müdafiə naziri həmçinin türkiyəli həmkarı Hulusi Akarla da görüş keçirib. L.İzoria Türkiyəyə Gürcüstanın Avroatlantik inteqrasiyasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Tərəflər Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri və iki ölkə arasında müdafiə sahəsindəki əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Qeyd edək ki, Qəbələdə keçirilən üçtərəfli görüş çərçivəsində Azərbaycanın və Gürcüstanın Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Son xəbərlər

Orphus sistemi