Lənkəranda tank əleyhinə mina zərərsizləşdirilib - FOTO

Lənkəranda tank əleyhinə mina zərərsizləşdirilib - FOTO "Report"un məlumatına görə, bu barədə ANAMA məlumat yayıb
Hərbi
12 Fevral , 2017 21:56
Lənkəranda tank əleyhinə mina zərərsizləşdirilib - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Lənkəran şəhərində dəniz kənarında - 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Məlumata görə, ümumilikdə agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kv.m ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi