Lənkəranda tank əleyhina mina aşkar edilib - FOTO

Lənkəranda tank əleyhina mina aşkar edilib - FOTO 15 ədəd piyada əleyhinə min zərərsizləşdirilib
Hərbi
9 Noyabr , 2016 18:10
Lənkəranda tank əleyhina mina aşkar edilib - FOTO

Lənkəran. 9 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində tank əleyhinə mina aşkarlanıb. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 000 kvadratmetr ərazi yoxlanılıb. 

Əraziyə baxış keçirilən zaman dəniz sahilindən 1 ədəd tank əleyhina mina (TM-62P) aşkar edilərək götürülüb.

ANAMA-dan "Report"a verilən məlumata görə, ümumilikdə ANAMA tərəfindən 7 Aprel – 09 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 952 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi