Yuxarı

Lənkəranda 4 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb - FOTO

ANAMA:  7 Aprel – 10 sentyabr tarixində 3476 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində, hərbi hissənin yaxınlığında 1 təhlükəli əraziyə baxış keçirilib, 4 ədəd partlamamış tank əleyhinə mina (TM-62M) aşkar edilərək götrülüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Lənkəran şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Məlumata görə, ümumilikdə agentlik tərəfindən 7 Aprel – 10 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 644 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 476 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 35 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi