​Lənkəranda dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası aşkarlanıb

​Lənkəranda dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
15 Avqust , 2016 18:02
​Lənkəranda dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası aşkarlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Lənkəran şəhərində dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 7 500 kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

Lənkəran şəhərində FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Agentliyin mütəxəssisləri tərəfindən dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası (6 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 15-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi