Lənkəranda 3 ədəd mina və 1 ədəd mərmi partlayış yolu ilə zərərsizləşdirilib

Lənkəranda 3 ədəd mina və 1 ədəd mərmi partlayış yolu ilə zərərsizləşdirilib Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib
Hərbi
5 Avqust , 2017 15:14
Lənkəranda 3 ədəd mina və 1 ədəd mərmi partlayış yolu ilə zərərsizləşdirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) ötən gün saat 11:15 -də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Cənub Şöbəsindən, saat 11:35-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 11:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Lənkəran rayonu, Nərimanabad-1 qəsəbəsində dəniz kənarında 3 ədəd mina və 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tətbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) və 3 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilib. Aşkar olunmuş geri təpməsiz top mərmisinin partladıcısının üzərində olmasını və günün sona çatmasını nəzərə alaraq aşkar olunan 3 ədəd mina və 1 ədəd geri təpməsiz top mərmisi bu gün partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunan minaların və mərminin ətrafında 1 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar olunmayıb.

Son xəbərlər

Orphus sistemi