Yuxarı

Lənkəran çağırışçıları hərbi xidmətə yola düşüb - FOTO - VİDEO

Təxris olunanlara hərbi biletlər təqdim olunub

Bakı. 11 aprel. REPORT.AZ/ Lənkərandan Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan gənclərin yola salınma mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların doğmaları iştirak edib. 

Çıxışlarda cəbhənin təmas xəttində son günlər erməni ordusunun yaratdığı təxribatların qarşısını alaraq onlara layiqli cavab verən ordumuzun uğurlarından danışılıb.
Vətən torpağını azad edərək, düşmənin çəkilməyə məcbur edildiyi mövqelərində üçrəngli bayrağımızı yüksəldən oğullarımızın ölümün üzərinə zəfərlə getdiyi bildirilib. Bu yolda verilən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra hərbi xidmətdən təxris olunanlara hərbi biletlər təqdim olunub. Gənc çağırışçılar kimi onlar da hər an yenidən əsgər libası geyməyə hazır olduqlarını bildiriblər.

Məktəbli gənclərin və incəsənət ustalarının vətənpərvərlik ruhunda səsləndirdikləri şeir və musiqilərin nikbin təsiri altında diz çöküb, üçrəngli bayrağı öpən Vətən oğulları xidmətə yola düşüblər.  



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi