Yuxarı
    Bağlamaq

    Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər

    Hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib© Müdafiə Nazirliyi

    Bakı. 4 dekabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib. 

    Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi