Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər

Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər Hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib
Hərbi
4 Dekabr , 2017 18:12
Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər
Müdafiə Nazirliyi

Bakı. 4 dekabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib. 

Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.

Son xəbərlər

Orphus sistemi