"Koronavirusun Azərbaycan Ordusunun döyüşə hazırlığına heç bir təsiri yoxdur" - RƏY

"Koronavirusun Azərbaycan Ordusunun döyüşə hazırlığına heç bir təsiri yoxdur" - RƏY Hazırda koronavirusa görə Azərbaycan Ordusunda döyüşə hazırlıqla bağlı heç bir məhdudiyyət yoxdur. Döyüş və döyüşə hazırlıq əvvəlcədən hazırlanmış planlar üzrə yerinə yetirilir və davam etdirilir.
Hərbi
23 Mart , 2020 17:03
Koronavirusun Azərbaycan Ordusunun döyüşə hazırlığına heç bir təsiri yoxdur - RƏY

"Hazırda koronavirusa görə Azərbaycan Ordusunda döyüşə hazırlıqla bağlı heç bir məhdudiyyət yoxdur. Döyüş və döyüşə hazırlıq əvvəlcədən hazırlanmış planlar üzrə yerinə yetirilir və davam etdirilir".

Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

O, bu yaxınlarda Azərbaycan Ordusunun irimiqyaslı təlimlərinin həyata keçirildiyini xatırladaraq deyib ki, bu təlimlər elə virusun dünyada tüğyan etdiyi bir vaxtlarda baş tutub:

"Koronavirusun Azərbaycan Ordusunda xidmətə, döyüşə və döyüşəhazırlığa heç bir təsiri yoxdur. Bu da orduda əvvəlcədən aparılan qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən irəli gəlir. Təbii ki, Azərbaycan Ordusu cəmiyyətin bir hissəsi olaraq insanların daha sıx şəkildə xidməti vəzifəsini yerinə yetirdiyi bir yerdir. Buna görə də hələ bir müddət öncə Müdafiə Nazirliyi və Baş Tibb İdarəsi tərəfindən Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla yanaşı hərbi qulluqçular arasında zəruri maarifləndirmə tədbirləri keçirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları sağlam şəkildə xidməti vəzifələrini icra edirlər. Həmçinin bütün əsgər və zabit heyəti infeksiyaya yoluxmamaları üçün lazım olan zəruri tədbirləri həm də fərdi şəkildə davam etdirirlər".

Şair Ramaldanov
Şair Ramaldanov

Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusunda koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər əsnasında əsgər valideynləri də öz məsuliyyətlərini nümayiş etdiriblər:

"Bilirsiniz ki, bayram günləridir və hər il bu günlərdə hərbi hissələrdə "açıq qapı" günləri keçirilirdi. Bu dəfə isə koronavirus infeksiyasının qarşısının alınması və əsgərlərimizin sağlamlıqlarının qorunması məqsədilə orduda valideyn görüşləri dayandırıldı. Amma buna baxmayaraq əsgərlərlə valideynlərin ünsiyyət saxlamaları və bayramlaşmaları üçün görüntülü zəng vasitəsilə görüşləri təmin olundu".

Ş.Ramaldanov koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən atılan addımların sırf cəmiyyətin sağlamlığına xidmətini qeyd edib:

"Bu gün dünyada geniş yayılan koronavirus infeksiyası cəmiyyəti narahat edən məsələlərdən biridir. Amma buna baxmayaraq Azərbaycan hökuməti bu məsələyə çox həssaslıqla yanaşaraq qabaqlayıcı tədbirlər görməyə başlayıb. Eyni zamanda dövlətin bu infeksiyanın qarşısının alınması istiqamətində atdığı addımlara xalq tərəfindən də dəstək verilib. Təbii ki, bu infeksiya bütün dünyada var və bununla hər kəs mübarizə aparır. Elə buna görə də Azərbaycan Ordusu həyata keçirilən qabaqlayıcı tədbirlər vasitəsilə lazım olan bütün zəruri avadanlıqlarla təmin olunub. Bilirsiniz ki, yeni növ koronavirus immuneti zəif olan insanlara daha tez yoluxur. Azərbaycan Ordusu isə yüksək keyfiyyətli qidalarla təmin olunur. Həmin qidalar həm də immunetin gücləndirilməsinə xidmət edir. Biz inanırıq ki, Azərbaycan bu virusla mübarizədə üzüağ çıxacaq".

Son xəbərlər

Orphus sistemi