Yuxarı

​Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsi başlayıb

Hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başlayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.

Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi