KİV nümayəndələri arasında dördüncü atıcılıq turniri keçirilib

KİV nümayəndələri arasında dördüncü atıcılıq turniri keçirilib Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrilə mükafatlandırılıblar
Hərbi
6 May , 2017 13:11
KİV nümayəndələri arasında dördüncü atıcılıq turniri keçirilib
Report.az

Bakı. 6 may. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən KİV nümayəndələri arasında dördüncü atıcılıq turniri keçirilib. 

"Report" xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət 21 komanda iştirak edib.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev tədbir iştirakçılarına uğurlar arzulayıb, ulu öndərin mətbuat sahəsinə diqqət və qayğısından danışıb.

İki mərhələdə keçirilmiş turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrilə mükafatlandırılıblar.

Birinci yerə "Trend-Milli.az" komandası, ikinci yerə "Lider TV" komandası, üçüncü yerə "Səs TV" komandası layiq görülüb.

Son xəbərlər

Orphus sistemi