​Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq münasibətlərini müzakirə ediblər

​Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq münasibətlərini müzakirə ediblər Regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb
Hərbi
2 Aprel , 2015 17:30
​Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq münasibətlərini müzakirə ediblər

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında ikitərəfli formatda görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və iki ölkə üçün faydalı olduğu qeyd olunub.

Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi