İyunun 26-da Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

İyunun 26-da Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək Zakir Həsənov tapşırıq verib
Hərbi
17 İyun , 2017 17:02
İyunun 26-da Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, iyunun 26-da saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunacaq.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi