İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək
Hərbi
22 İyul , 2017 13:34
İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi