İranın Sərhəd Qoşunlarının komandanı: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

İranın Sərhəd Qoşunlarının komandanı: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" Bakı. 11 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 11-də Azərbaycanda səfərdə olan İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
11 Dekabr , 2018 14:00
İranın Sərhəd Qoşunlarının komandanı: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Bakı. 11 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 11-də Azərbaycanda səfərdə olan İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.

İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi