Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək

Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək Gəmilər Bakı limanında 3 gün qalacaqlar
Hərbi
17 Oktyabr , 2016 10:50
Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək. 

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.

Son xəbərlər

Orphus sistemi