Bakı. 24 iyul. REPORT.AZ/ İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.
"Report" "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib.
"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir", - Xanzadi deyib.
O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək.
Kontr-admiral vurğulayıb ki, Azərbaycanda dəniz dalğıclığı üzrə əsas çempionatla yanaşı, atışlarla bağlı yarışlar keçiriləcək və bu məqsədlə İran iyulun 24-də Bakıya iki hərbi gəmi göndərəcək.