​İran və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirə bilər

​İran və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirə bilər Admiral: "İran Azərbaycanla sıx əlaqələrə malikdir"
Hərbi
15 May , 2016 19:28
​İran və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirə bilər

Bakı. 15 may. REPORT.AZ/ İran və Azərbaycanın hərbi dəniz qüvvələri Xəzər dənizi hövzəsində hərbi təlimlər keçirə bilər.

"Report" xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Qulam Rıza Bikam deyib.

O bildirib ki, İran Azərbaycanla sıx əlaqələrə malikdir və Tehran, həmçinin Xəzər regionunun digər ölkələri ilə dənizin hövzəsində birgə təlimlərin keçirilməsinə dair saziş üçün əməkdaşlıq edir.

Qulam Rıza Bikam, həmçinin İran və Rusiya müdafiə idarələrinin dəniz donanması üçün texnika tədarükü üzrə müqavilənin imzalanmasına dair danışıqlar apardığını bildirib. Admiralın sözlərinə görə, sazişə Tehran tərəfindən dənizdə xilasetmə əməliyyatlarının keçirilməsi və təcili yardım göstərmək üçün avadanlıqların alınması daxildir.

Son xəbərlər

Orphus sistemi