Prezident İlham Əliyev Silahlı Qüvvələrin Hərbi Akademiyasının Nizamnaməsini təsdiq edib

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Hərbi Akademiyasının Nizamnaməsini təsdiq edib Azərbaycan Prezidenti fərman imzalayıb
Hərbi
17 Aprel , 2015 19:42
Prezident İlham Əliyev Silahlı Qüvvələrin Hərbi Akademiyasının Nizamnaməsini təsdiq edib

Bakı. 17 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini, normativ hüquqi aktları üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Fərmanda qeyd olunur ki, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Son xəbərlər

Orphus sistemi