İlham Əliyev: "Müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu"

İlham Əliyev: "Müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu" Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etmişdi. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçdi, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxilində daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, iqtisadi böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı öz işğalçılıq siyasətini aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdü. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu.
Hərbi
26 İyun , 2018 10:48
İlham Əliyev: Müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ "Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etmişdi. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçdi, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxilində daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, iqtisadi böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı öz işğalçılıq siyasətini aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdü. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

"Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət düzəlmiş və Azərbaycan bu ağır vəziyyətdən çıxa bilmişdir. Müstəqilliyimizin ilk illlərində nizami ordu yaradılmamışdı. Ona görə də ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur", - deyə İ.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi