Əbu Dabi. 26 fevral. REPORT.AZ/ İDEX-2015 beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımın qurbanlarını yad edib.
Əbu-Dabiyə ezam olunmuş “Report”un əməkdaşının verdiyi məlumata görə, Azərbaycanın milli stendində quraşdırılmış böyük ekranda 1992-ci ilin fevralın 26-da erməni silahlı bölmələrin Xocalıda törətdiyi qırğın barədə əks etdirən məlumat yerləşdirilib.
Stendə yaxınlaşan ziyrətçilərə soyqırım barədə məlumat verilib.