Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) qərargahında
Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, öncə ümummilli lider
Görüşdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev AVMVİB haqqında və birlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
Bu gün hər kəsə bəllidir ki, ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Lakin şəxsi heyətin mənəvi-psixoloji ruhu yüksək olmasa, heç bir zəfərdən danışmaq olmaz. Əsgəri xidmət keçən hər bir şəxs vətənpərvər, dövlətinə, millətinə bağlı olmalı, ürəyi Vətən sevgisi ilə döyünməlidir. Bu istiqamətdə əməkdaşlığımızı daha da möhkəmləndirməliyik. Müdafiə Nazirliyi bu işdə dəstəyini heç zaman əsirgəmir, hərbi hissələrdə sizinlə birgə görüşlərin, mədəni-kütləvi tədbirlərin keçirilməsini daim müsbət qarşılayır", - deyə general-mayor Rasim Əliyev bildirib.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə, əlillərə, veteranlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirdilər. Onlar qeyd ediblər ki, xalqımızın, o cümlədən müharibə veteranlarının bir amalı və arzusu Qarabağın işğaldan azad edilməsidir.