İcra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlər hərbi bileti həmin orqandan alacaqlar

İcra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlər hərbi bileti həmin orqandan alacaqlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər edilib
Hərbi
28 Oktyabr , 2017 19:20
İcra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlər hərbi bileti həmin orqandan alacaqlar

Bakı. 28 oktyabr. REPORT.AZ/ Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, qanuna əlavə olunan yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılacaq.

Həmçinin müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi