Yuxarı
    Bağlamaq

    Horadiz-Bakı avtomobil yolundan partlamış "Qrad" raketinin qalıqları aşkarlanıb

    Aşkar olunmuş partlamış raket qalıqlarının ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonu, Araz Yağlıvənd kəndi ərazidə təmizləmə əməliyyatı keçirilib.

    ANAMA-dan "Report"a bildirilib ki, iyulun 6-da saat 14:56-də Daxili İşlər Nazirliyinin ″102″Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonu, Araz Yağlıvənd kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub. Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri tərəfindən Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb.

    Aşkar olunmuş partlamış raket qalıqlarının ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi