Yuxarı

​Hikmət Xalıqov: "Azərbaycan Silahlı Qüvvələrinin bütün təbəqəli qərargahlarının təşkilat-ştat quruluşunda əsaslı dəyişikliklər edilib"

Döyüş hazırlığının artırılması məqsədilə həyata keçirilən belə tədbirlər hazırkı mərhələdə də məqsədyönlü formada davam etdirilir

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Cari ildə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsinin kollektivi tərəfindən həyata keçirilmiş işlərlə bağlı demək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün təbəqəli qərargahlarının, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, hərbi idarə və qurumların təşkilat-ştat quruluşunda əsaslı dəyişikliklər edilib”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqov "Azərbaycan Ordusu" qəzetində çap edilmiş məqaləsində bildirib. H.Xalıqov məqaləsində qeyd edib ki, ordu rəhbərliyinin bilavasitə nəzarəti ilə aparılan ştat dəyişiklikləri həm orduda idarəetmənin müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə, həm də Silahlı Qüvvələrin saxlanılması üçün dövlətin maliyyə xərclərinə qənaət edilməsinə istiqamətləndirilir: "Azərbaycan ordusunun döyüş hazırlığının artırılması məqsədilə həyata keçirilən belə tədbirlər hazırkı mərhələdə də məqsədyönlü formada davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi