HHQ-nin hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub

HHQ-nin hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub Bakı. 15 fevral. REPORT.AZ/ Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.
Hərbi
15 Fevral , 2018 12:09
HHQ-nin hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant R.Tahirov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər son illər ölkəmizin ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Son xəbərlər

Orphus sistemi