Yuxarı

HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib

HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib
Kompleks cəbhəboyu zonada yerləşir
© Mod.gov.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.
Sonra Müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi