Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər
Hərbi
13 Sentyabr , 2015 19:51
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların sentyabrın 13-də andiçmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Son xəbərlər

Orphus sistemi